qeydiyyat.moy.su
Меню сайта
Разделы новостей
Hadisə [0]
D ü n y a [0]
Maqazin [1]
İ d m a n [0]
p r o q r a m l a r [1]
i s l a m [0]
müsiqi [1]
video [1]
xaker [0]
Мини-чат
200
Наш опрос
yeni ili harda kecirdeceksiniz?
Всего ответов: 86
Главная » 2008 » dekabr » 24 » FAIQ Agayev
FAIQ Agayev
10:58

nullDekabrın 14-də televiziyalardan birində Yeni İl şənliyinin çəkilişi zamanı
F. Ağayevin,Ə. Mirəliyevin və F. Kərimovanın münaqişəsi olub....

'Mübahisə zamanı,
'Kim olduğunu bilə-bilə mən sənə qız verərdim?.
O isə mənə
'Siz də lezbiyankasınız' -söylədi.
Onun bu sözündən sonra bacımın həyat yoldaşı
Faiqin ağzına iki yumruq vurdu....APA-nın məlumatına görə, qalmaqal dekabrın 14-də televiziyalardan birində Yeni İl şənliyinin çəkilişi zamanı baş verib. Həmin gün çəkilişdə əvvəlcə Əli Mirəliyevlə Faiq Ağayev arasında qalmaqal düşüb. Qalmaqalın əsasını isə F. Ağayev qoyub. Onun Əli Mirəliyevi cinsi azlıqların nümayəndəsi adlandırması ikincini özündən çıxarıb.
Ə. Mirəliyevin sərt cavabından sonra münaqişə böyüyüb. Bu vaxt xalq artisti Flora Kərimova onlara yaxınlaşaraq, F. Ağayevə şillə vurub. F. Kərimovanın şilləsi o qədər güclü olub ki, F. Ağayevin qulağındakı maqnit sırğa yerə düşüb.

F. Ağayev APA-ya açıqlamasında münaqişənin baş verdiyini təsdiqləyib:
'Yeni il çəkilişlərindən çıxanda dəhlizdə Əli Mirəliyevlə rastlaşdım. Mənim adımı bir ildir, harada, necə gəldi hallandırmasını ona irad tutdum. Əli Mirəliyev isə mənə söyüş söydü, cavabında da aldı. Mən əsəbi halda ona xəbərdarlıq elədim ki, bir daha mənim barəmdə heç yerdə danışmasın. Bu məqamda bizə yaxınlaşan Flora Kərimova 'O danışmayacaq, mən danışacağam. Vı çudovişe, vı isçadie ada' söylədi. Flora Kərimova bu sözləri hündürdən söylədiyinə görə, televiziyanın təhlükəsizlik xidməti elə bildi, dava düşüb, bizə yaxınlaşdı. Mən isə Flora Kərimovaya söylədim ki, nə danışacaqsınız mənim barəmdə, nə deyəcəksiniz? O da dedi ki, guya mən onun barəsində şayiələr, böhtanlar yayıram. Söylədim ki, Flora xanım, kim onu deyirsə, gətirin qoy mənim yanımda, Sizin hüzurunuzda onu bir daha təkrar eləsin. Flora Kərimova yenidən məni təhqir edib, söyüş söyəndə cavabını verdim, dedim ki, ağzının danışığını bilsin. Bu vaxt onun yanında olan ağ saçlı kişi mənə əl qaldırmaq istədi. Bu məqamda həm televiziyanın təhlükəsizlik xidmətinin əməkdaşları, həm də mənim işçilərim araya girdilər, kiminsə kimisə vurmasına imkan vermədirlər. Oradan çıxanda isə sadəcə, Flora Kərimovaya söylədim ki, ona elədiyim bütün yaxşılıqlar haramı olsun. Sonradan bildim ki, həmin şəxs Flora Kərimovanın bacısının həyat yoldaşıdır'.

F. Ağayev onu da bildirib ki, F. Kərimova haqqında heç vaxt xoşagəlməz açıqlamalar verməyib:
'Bununla belə, həm Flora Kərimovanı, həm də Əli Mirəliyevi bağışlayıram. çünki Əli Mirəliyev sənətkar deyil, sənətdə təsadüfü, nitqi qüsurlu bir insandır. O ki qaldı Flora Kərimovaya, o, ümumiyyətlə, acınacaqlı haldadır. Oğul dediyi oğulluğu və ərə gedən qızı artıq yanında deyil, tək qalıb. üstəgəl bu yaxınlarda gözlərində çox uğursuz əməliyyat etdirib, böyük bir stress, gərginlik, psixi natarazlıq içindədir. Qocalıb, artıq emosiyalarını nəzarətdə saxlaya, hisslərinə hakim ola bilmir. Ona görə mən onu da bağışlayıram. Hər ikisinə 'Allah amanında' söyləyirəm'.

Xalq artisti F. Kərimova isə APA-ya bildirib ki, Əli Mirəliyev Faiq Ağayevi deyil, Faiq Ağayev Əli Mirəliyevi söyüb:
'Faiq deyir ki, guya Əli Mirəliyev onu söyüb. Amma o, yalan danışır. Mən bacımgildən qonaqlıqdan gəlirdim. Hələ televiziyanın pilləkənlərinə çatmamış söyüşləri eşitdim. Qalxdım yuxarı, gördüm ki, Faiq Ağayev Əli Mirəliyevin üstünə şığıyıb, cangüdənləri də onu divara sıxı, Əli isə dinmir. O, Əlini söyür, Əli də heç bir cavab vermir. Əli bircə onu deyirdi ki, sən mənə nə edə bilərsən ki? Bir də onu söyləyirdi ki, onun oxumağından xoşu gəlmir. Bu səhnəni görəndə, mən də illər ərzində Faiqdən yığdıqlarımı açdım'.

F. Kərimova onu da deyib ki, Faiq Ağayevin onun və qızının haqqında danışdıqlarından bezib:
'Eşitmişəm, Faiq deyib ki, guya mən qızımı ona sırımaq istəmişəm, guya ona pul atmışam. Hətta onu da deyib ki, guya mənə görə ona xalq artisti adı vermirlərmiş. Bunları mən eşitmişəm. Faiq, vaxtında sən mənim qızımı almaq istəyirdin, bunu bütün şəhər danışırdı. Almaq istəyirdin ki, adını təmizə çıxarasan. Mən sənə adımı biabır edib, qız verərdim? Həmin gün ona dedim ki, mənim haqqımda belə sözlər danışıb. Pul söhbətini eşidəndən sonra bildirdi ki, gərək bunu onun özündən soruşardım'. Bir qədər də üstünə gedəndə isə bu sözləri dediyini etiraf etdi. Onu da deyim ki, Faiqlə Aygün Kazımova, Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva arasında konflikt olduğuna görə həmin vaxt onların heç birinə ilə xalq artisti adı vermirdilər'.

F. Kərimova Faiq Ağayevin döyüldüyünü də etiraf edib. F. Kərimova F. Ağayevi onunla birlikdə çəkilişə gələn bacısının həyat yoldaşı tərəfindən döyüldüyünü bildirib: 'Mübahisə zamanı ona dedim ki,
ağzına iki yumruq vurdu. Bu zamanı Faiqin cangüdəni arxaya keçərək, əlindəki çətiri bacımın həyat yoldaşının paltosuna dirədi. Mən araya girərək, 'Nə edirsiniz?' dedim. Həmin cangüdən Faiqi vuran adamın mənim qohumum olduğunu biləndən sonra sakitləşdi, soruşdu ki, niyə Faiqi vurursan? Bacımın yoldaşı isə dedi ki, 'Mən onu vurmuram, ağzını yumuram, çünki o, qadının öz yanında qadına iftira atır'. Axı, onun nə canı var ki? O başa düşmür ki, orada-burada xəlvəti kimisə söyləməklə düzəlməyəcək. Axı sənin qüsurun var, ona görə də insanlarla normal danışmalısan. Başını aşağı sal, sakit yaşa, heç kim sənin yaşamağına mane olmur. Həmin sözünə görə sənin canını alarlar'.

Qeyd edək ki, qalmaqal baş verməsi ilə əlaqədar televiziyada
Yeni İl şənliyinin çəkilişləri də dayandırılıb. 
  

Категория: Maqazin | Просмотров: 3805 | Добавил: DarkNight | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
1 DarkNight  
0
SAGOL

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
Календарь новостей
«  dekabr 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031
Поиск
Друзья сайта
Статистика

indi saytda 1
qonaq 1
istifadeci 0
Copyright MyCorp © 2024